-
- 10-11-2023, 10:39
- 274
İlon Mask könüllü AXTARIR
İlon Maskın beyin implantı şirkəti Neuralink ilk beyin çipi əməliyyatı üçün hazırlıqlarını tamamlayıb.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
İlon Maskın Neuralink şirkəti ilk beyin implantasiyası əməliyyatına hazırlaşır.
Neuralink şirkətinin ilk beyin çipi əməliyyatı üçün könüllülərdə axtardığı şərtlər açıqlanıb.
Bildirilib ki, şirkət əməliyyat üçün hər iki qolu və ya ayağı iflic olan, yaşı 40-a qədər olan yetkin könüllü axtarır.
Əməliyyat beyinə nazik naqillər və elektrodlar daxil etmək üçün insanın kəllə sümüyünün böyük bir hissəsinin çıxarılmasını tələb edəcək.
Qeyd olunub ki, kəllə sümüyündən çıxarılan hissə bir neçə il orada qalacaq kiçik çiplə əvəz olunacaq.
Ülkər Abdurahmanlı