Qəzzaya dəyən ziyanın məbləği açıqlandı
    • 10-11-2023, 16:26
    • 168

Qəzzaya dəyən ziyanın məbləği açıqlandı

İsrailin zərbələri nəticəsində Qəzza zolağındakı yaşayış binalarına və infrastruktura dəymiş ziyan təxminən 3 milyard dollar qiymətləndirilir.

News24.az xəbər verir ki, bu barədə Qəzza zolağı hökumətinin mətbuat xidməti məlumat yayıb.

“İlkin qiymətləndirməyə görə, yaşayış binalarına və qüllələrə 2 milyard dollar, infrastruktura isə təxminən 1 milyard dollar ziyan dəyib”, - məlumatda qeyd edilib.