-
- 10-11-2023, 16:51
- 183
"Sülh müqaviləsi üçün Moskva platformasını təqdim etməyə hazırıq" - Qaluzin
“Moskva Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyir”.
News24.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Biz dəfələrlə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində ikitərəfli münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanması üçün Moskva platformasını təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik. Bizim bu hazırlığımız dəyişməz olaraq qalır. Görüşün tarixləri razılaşdıqda, bu barədə vaxtında məlumat verəcəyik”, - deyə o, jurnalistlərə bildirib.
Ayşən