Məşhur astronavt həyatını İTİRDİ - FOTO
    • 10-11-2023, 21:05
    • 261

Məşhur astronavt həyatını İTİRDİ - FOTO

Ay ətrafında orbitdə ilk missiyaya rəhbərlik edən Apollon astronavtı polkovnik Frank Bormanın Montanada 95 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb. 

"Bu gün biz NASA-nın ən yaxşılarından birini anırıq. Astronavt Frank Borman əsl Amerika qəhrəmanı idi. Onun bir çox uğurları var idi", - NASA-nın açıqlamasında deyilir.

Qeyd edək ki, NASA karyerasından sonra Borman karyerasını "Eastern Airlines"ın baş direktoru kimi davam etdirib.

Aynurə