"7 dəqiqəlik cəhənnəm" - NASA-nın qurğusu Marsda
    • 19-02-2021, 16:58
    • 508

"7 dəqiqəlik cəhənnəm" - NASA-nın qurğusu Marsda

ABŞ Milli Aeronavtika və Fəza Agentliyinin (NASA) “Perservance Rover” adlı qurğusu cümə axşamı Amerika vaxtı ilə saat 15:55 də Mars planetinə eniş edib.
 
News24.az xarici KİV-ə istinadə xəbər verir ki, NASA qurğunun problemsiz eniş etdiyini bildirib. 

Qurğu Marsa endikdən sonra ilk şəklini çəkərək planetimizə göndərib. Ağ-qara olan bu şəkildə qurğunun kölgəsi və daşlıq bir ərazi görünür.

Qeyd edək ki, ABŞ-ın Prezidenti Co Bayden “NASA”nın administratoru Stiv Yürcikə zəng vuraraq onu təbrik edib. 

Nəzərinizə çatdıraq ki, NASA heyəti qurğunun enmə manevrlərinə “Yeddi dəqiqəlik cəhənnəm” adı veriblər. Bu isə radio siqnalların bir tərəfdən digər tərəfə - dünyadan Marsa səyahət etməsi üçün tələb olunan vaxtla bağlıdır.  Təxminən 11 dəqiqə çəkən prosesin 7 dəqiqəsi sözgedən qurğunun “NASA”nın köməyi və ya müdaxiləsi olmadan eniş etməsidir. Mütəxəssislər bu anı gərginlik və narahatlıqla izləyiblər.