-
- 12-11-2023, 00:12
- 9 145
Cinsi əlaqədən "doymayan" kişinin cinsiyyət üzvü amputasiya edildi
Balidə 63 yaşlı kişidə həftələrdir səngiməyən ereksiya prosesi səbəbindən cərrahi əməliyyat keçirilib.
News24.az "Medicina"-a istinadla xəbər verir ki, kişi heç bir dərman və stimullaşdırıcı və qadınla ünsiyyət olmadan belə ereksiya olmasından əziyyət çəkib.
1 ay ərzində arıqlayıb zəifləyən xəstəni müayinə edən həkimlər onda böyrək xərçəngi aşkarlayıb.
Güclü ereksiyanın səbəbi isə artıq sidik yollarında malign hüceyrələrinin çoxalmasıdır.
Artıq şiş hüceyrələri penisə çatdığından cərrahlar amputasiya qərarı verib.
Yalnız bundan sonra xəstənin vəziyyəti düzəlib.