Şəhid Raquf Orucova həsr olunmuş "Komandlr" romanı işıq üzü gördü
    • 2-04-2019, 16:36
    • 851

Şəhid Raquf Orucova həsr olunmuş "Komandlr" romanı işıq üzü gördü

Əfsanəvi kəşfiyyatçı, "Aprel şəhidi", polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Komandir” romanı çapdan çıxıb.

Bu barədə News24.az-a kitabın müəllifi, yazıçı Şərif Ağayar məlumat verib. Müəllif bildirib ki, “Komandir” romanı fərqli üslubda qələmə alınıb:
“Ən vacibi onun formasıdır. Bütövdür, fərqlidir, bizim mühitimiz üçün tamamilə yenidir. İkincisi, Raquf Orucovu mən bir çox oxşar kitabların qəhrəmanı kimi pafosla təqdim etməmişəm. Heç təxəyyülümü işə salmağa da xüsusi səy göstərməyə ehtiyac duymadım. Çünki həyatı çox zəngindir. Baxmayaraq ki, əməliyyatlarının heç birindən heç nə danışmayıb, amma bunları bilən və danışan adamları tapmaq çətin olmadı”.
Müəllif daha sonra Raquf Orucovu bu cür yaxından tanıdığı üçün taleyinə minnətdar olduğunu söyləyib: “O, torpaqlarımızın geri qayıdacağına məni xeyli inandırdı. Bir gün o möhtəşəm hadisə baş versə, bu, mənim düşüncəmə görə, hamıdan çox Raquf Orucova görə olacaq. Mən onun şəxsində peşəkar, ləyaqətli və yenilməz Azərbaycan zabitini tanıdım, kəşfiyyatın nə olduğunu öyrəndim, gənclərimizin torpaq uğrunda nə qədər zəhmətlər çəkdiyinin şahidi oldum. Ümidvaram ki, yazdığım kitab onun adına layiqdir.”  

Qeyd edək ki, “Komandir” romanı “CBC” nəşriyyatında çap olunub.