"Vətən uğrunda şəhid olan hər bir şəhidimiz qəhrəmandır" - Şəhid Raquf Orucovun həyat yoldaşı
    • 3-04-2019, 20:45
    • 1 199

"Vətən uğrunda şəhid olan hər bir şəhidimiz qəhrəmandır" - Şəhid Raquf Orucovun həyat yoldaşı

"Şəhidlərimizin ruhu bu cür anım  tədbirlərinin Qarabağda, Şuşada qeyd etdiyimiz zaman rahatlıq tapacaq". News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Silahli Qüvvələrinin polkovnik-leytenantı, şəhid Raquf Orucovun həyat yoldaşı, "Zəfər Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Sevinc Alızadə deyib. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi gənclərin tərbiyəsində mühüm rol oynayacaq: "Bu gün aprel döyüşlərinin üçüncü ildönümüdür. Asan xidmət və Gənclər Fondu olaraq qərara gəldik ki, builki il dönümünü gənclərlə və şəhid ailələri ilə birgə qeyd edək. Hesab edirik ki, bu tədbir həmçinin gənclərimizin tərbiyəsində, dünya görüşünün formalaşmasında, mənəvi milli dəyərlərimizə dəyər verilməsində böyük rol oynayacaq. Bizim gəncliyimiz düzgün örnək alacaq, düzgün qəhrəmanları tanıyacaq. Vətən uğrunda şəhid olan hər bir şəhidimiz qəhrəmandır. Ürəyimizdə hər biri üçün müqəddəs yer var. Onların hamısı qəlbimizdə yaşayacaq. Onların ruhu o zaman rahatlıq tapar ki, biz belə anım günlərini Qarabağda qeyd edək. Allah bizə o günü nəsib etsin. Belə günlərimizi Qarabağda, Şuşada keçirək".

Sevinc YASİNQIZI