Əgər anklavlar Azərbaycana qaytarılsa... - Saakyan
    • 12-11-2023, 09:56
    • 320

Əgər anklavlar Azərbaycana qaytarılsa... - Saakyan

Əgər anklavlar verilərsə, bizim üçün çox acı nəticələri olacaq. Bu halda Tavuşun regional mərkəzi ilə əlaqə kəsiləcək.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri 168.am-a açıqlamasında Azərbaycanın Ermənistandakı eksklavı olan Bağanis Ayrım kəndinin keçmiş “sərhədçi rəisi” Narek Saakyan deyib.

O bildirib ki, əvvəllər anklavların qaytarılması ilə bağlı heç bir müzakirə eşitməyib:

“Anklavlar qaytarıldıqdan sonra Azərbaycan o kəndlərlə əlaqə saxlamaq üçün “dəhlizlər” tələb edəcək. Həm ərazi, həm də kommunikasiya problemləri yaranacaq. Və ölkəmizin üzləşdiyi təhlükəsizlik problemləri daha da dərinləşəcək. Sülh olmayacaq”.

Qeyd edək ki, Qazaxın 7, Naxçıvanın isə 1 kəndi Ermənistanın işğalı altındadır.