![Keçmiş icra başçısı vəfat etdi - FOTO](/uploads/posts/2023-11/af5120d07e3f8fe07390b19417ee48701684153203_c52a0627c1e0baa1547fdbb4ea51d39707f3fffc3c17beae6f754e4eb6ebd4271628409179_tabut-jpg-jpg-jpg.webp)
-
- 12-11-2023, 11:19
- 293
Keçmiş icra başçısı vəfat etdi - FOTO
Qubadlı rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Tibb Universitetinin (ATU) Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, məşhur cərrah Baxış Hüseynov vəfat edib.
News24.az report-a istinadən xəbər verir ki, o bu gün dünyasını dəyişib.
Qeyd edək ki, B.Hüseynov 1936-cı ildə Qubadlı rayonunun Eyvazlı kəndində anadan olub. 1953-1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda (ATİ) təhsil alıb. 1962-ci ildən Moskva Tibb Stomatoloji İnstitutunun aspirantı olub, 1965-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakıya dönüb. Bir müddət ATİ-nun Üz-çənə cərrahiyyəsi kafedrasında asistent, 1969-cu ildə dosent vəzifələrində çalışıb. 1986-1996-cı illərdə Respublika Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinə rəhbərlik edib.
B.Hüseynov 1992-ci ildə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı işləyib.
![](/uploads/posts/2023-11/e961a6b87688c7714e00a0d45ff5d38b467aa4d1-78a0-3d49-936e-8d07999ca1a5_850-jpg.webp)