BDU-nun keçmiş rektoru vəfat etdi
    • 24-10-2019, 18:13
    • 1 641

BDU-nun keçmiş rektoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov vəfat edib.
News24.azxəbər verir ki, tanınmış alim 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Firudin Yusif oğlu Səməndarov 1939-cu il aprelin 12-də Saatlı rayonunun Molday kəndində, əkinçi ailəsində anadan olub. 1948-1958-ci illərdə S.Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxuyub, oranı medalla bitirib.
1958-1961-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub.

1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1966-cı ildə təhsilini başa vurduqdan sonra ADU-ni bitirib və Cinayət hüququ kafedrasında aspirant saxlanılıb.
1970-ci ildə “Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri” mövzüsunda namizadlik dissertasiyası müdafiə edib.
1969-cu ildən ADU-in Cinayət hüququ kafedrasında müəllim, dosent vəzifələrində çalışıb, 1997-ci ildən həmin kafedranın professorudur.
F.Səməndərov 1985-1989-cu illərdə ADU-nun hüquq fakültəsinin dekanı, 1992-1993-cü illərdə BDU-nun rektoru olub.
1995-ci ildə ”Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı” mövzüsunda doktorluq dissertasiyası müdafiə edib. 1995-ci ildən BDU-nun Cinayət hüququ və Kriminalogiya Kafedrasının müdiri idi.