Lionel Messi cari mövsümdə ən çox qazanan futbolçudur
    • 2-04-2019, 17:16
    • 1 131

Lionel Messi cari mövsümdə ən çox qazanan futbolçudur

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi cari mövsümdə ən çox gəlir əldə edən futbolçu olub.

News24.az
AZƏRTACa istinadla xəbər verir ki, argentinalı hücumçu cari mövsümdə 130 milyon avro qazanıb. İkinci pillədə portuqaliyalı hücumçu Kriştiano Ronaldo qərarlaşıb. “Yuventus”da forma geyən futbolçunun il ərzində qazancı 113 milyon avro təşkil edib. Fransanın “Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymar isə cari mövsümdə 91 milyon avro gəlirlə üçüncü olub. İlk beşliyi “Atletiko Madrid”in hücumçusu Antuan Qrizman (44 milyon avro) və “Real Madrid”in futbolçusu Qaret Beyl (40,2 milyon avro) tamamlayıblar.
Cari mövsümdə ən çox gəlir əldə edən baş məşqçi isə Dieqo Simeone olub. “Atletiko Madrid”in argentinalı baş məşqçisi 2018-2019-cu il mövsümündə 41 milyon avro gəlir əldə edib.