Yevlaxda 32 yaşlı kişi güllə ilə başından vuruldu - FOTO
    • 12-11-2023, 18:20
    • 323

Yevlaxda 32 yaşlı kişi güllə ilə başından vuruldu - FOTO

Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov  Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

News24.az bildirir ki, DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət aləti olan odlu silah ondan götürülüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib.

Araşdırma aparılır.