Quterreş İrandan xahiş etdi: - Təzyiq göstər!

Quterreş İrandan xahiş etdi: - Təzyiq göstər! Dünya

BMT-nin baş katibi Antonio Quterreş İrandan HAMAS-a təzyiq göstərilməsini xahiş edib.

News24.az APA-ya istinadən bildirir ki, bu barədə "Vesti.ru" məlumat yayıb.

Quterreşin İrandan xahiş etməsinə səbəb girovların dərhal və qeyd-şərtsiz azad edilməsidir.

BMT Baş katibinin Tehrana ikinci xahişi isə "Hizbullah" hərəkatı ilə bağlı olub. Quterreş düşünür ki, Livanın münaqişədə rol almasının qarşısını yalnız İran ala bilər.