-
- 13-11-2023, 10:13
- 312
Sabiq deputat Bakı merini MƏHKƏMƏYƏ VERDİ
Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.
News24.az-ın məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Qeyri-hökumət təşkilatı Bakı meriyasını torpaq münasibətləri üzrə mübahisələrə görə məhkəmədə iddia qaldırıb.
Xatırladaq ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezidenti sabiq deputat Elxan Süleymanovdur.