-
- 13-11-2023, 11:50
- 260
Qarabağın bərpasına büdcənin 10,9 % -i ayrılacaq - Maliyyə naziri
Azərbaycanda gələn ilin dövlət büdcəsi və növbəti 3 ilin büdcə çərçivəsi işğaldan azad edilmiş ərazilərin bərpası üçün əhəmiyyətli maliyyə yaradılmasını nəzərdə tutur.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpa-quruculuq işlərinin həyata keçirilməsi büdcədə prioritet olaraq qəbul edilib. Eyni zamanda müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi də büdcədə prioritet istiqamət olaraq qəbul edilib. Növbəti ildə azad edilmiş ərazilərdə quruculuq işlərinə dövlət büdcəsi xərclərinin 10,9 % nə bərabər vəsait ayrılacaq. Sadalanan prioritet istiqamətlərə ÜDM-in 10,1- həcmində vəsait yönəldiləcək.
Qumral