Azərbaycanda bu yay 54 nəfəri ilan sancıb
    • 28-07-2018, 11:19
    • 1 176

Azərbaycanda bu yay 54 nəfəri ilan sancıb

“Son bir həftədə 4 nəfər ilan sancma ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Bu yöndə müraciətlər əsasən bölgələrdən daxil olub. Onlardan 3-ü qadın, 1-i kişidir. Vəziyyətləri kafidir”.

News24.az xəbər verir ki, bunu açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, mövsüm başlayandan ümumilikdə 54 nəfər ilan sancma ilə bağlı müraciət edib: “Ölüm faktı qeydə alınmayıb. Əsas müraciətlər isə bölgələrdəndir”.

//Lent.az