-
- 13-11-2023, 20:44
- 182
Serj Sarqsyann 1 milyon dollar CƏRİMƏ ÖDƏYƏCƏK
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın işi ilə bağlı noyabrın 13-də növbəti məhkəmə iclası keçirilib.
News24.az report-a istinadən xəbər verir ki, bu barədə S. Sarqsyanın hüquqşünaslar komandasının üzvü Ruben Akopyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iclasda ittiham tərəfi keçmiş dövlət başçısına qarşı mülki iddia ilə çıxış edib: "ittihamçılar vurulan maddi ziyanın həcmində pul cəriməsi tələb ediblər".
Müdafiə tərəfi iddia ilə bağlı 14 gün vaxt istəyib.
"Biz bu ittihamı qəbul etmədiyimizi bildirsək də, müddət istədik", - R. Akopyan söyləyib.
Qeyd edək ki, S.Sarqsyan və "Flash" şirkətinin sahibi, biznesmen Barseq Beqlaryana qarşı cinayət işi 2019-cu ilin sonunda açılıb.
İstintaqın məlumatına görə, 2013-cü ildə o zaman dövlət başçısı postunda olan Serj Sarqsyan "Flash" şirkətinə himayədarlıq edib.
Şirkətin rəqibləri daha yüksək qiymət təklif etsə də (təxminən bir milyon dollar), hökumətin dizel yanacağının tədarükü üçün tenderini "Flash" udub. İttiham tərəfinin bildirdiyinə görə, dövlətə 1 milyon dollara yaxın ziyan dəyib.
Nikol Paşinyan hakimiyyətə gələndən sonra bu məsələ araşdırılıb və cinayət işi açılıb.
S.Sarqsyan büdcə vəsaitlərini talamaqda ittiham olunur.