-
- 2-04-2019, 21:01
- 898
Qaynar ütünü şagirdin belinə yapışdırdı
Rusiyanın Voronej vilayətində müəllim qaynar ütünü şagirdin belinə yapışdırıb.
News24.az bildirir ki, hadisə hələ martın 24-ü baş verib.
Məktəbdə 30 ildən artıq işləyən kişi əmək müəllimi dərs zamanı şagirdlərin nadincliyindən qəzəblənib. Bundan yana hirsi başına vuran müəllim naqilə taxılı isti ütünü şagirdlərin birinin belinə yapışdırıb. Nəticədə 12 yaşlı şagird 1-2 dərəcəli yanıq xəsarəti alıb.
Beli yanan şagird qorxusundan bir neçə gün sussa da valideynin təkidi ilə bunu müəlliminin etdiyini etiraf edib. Bundan sonra valideyin əmək müəllimindən polisə şikayət edib.
Araşdırmalardan sonra müəllim ərizə yazaraq məktəbdən çıxmağa məcbur olub.