"Müharibə hər şeyi siləcək" - Ekspert QƏRBİN PLANINI AÇIQLADI
    • 14-11-2023, 12:31
    • 216

"Müharibə hər şeyi siləcək" - Ekspert QƏRBİN PLANINI AÇIQLADI

"Üçüncü Dünya Müharibəsinin başlaması Qərb ölkələrinin uzun illər ərzində yığılmış bütün borclarını silmək üçün son dərəcə əlverişli səbəb ola bilər".

News24.az xəbər verir ki, bu barədə rusiyalı filosof Andrey Fursov bildirib.

“Amerikalılar başa düşdülər ki, Birinci və İkinci Dünya Müharibələri zamanı nəhəng müharibə son dərəcə gəlirli bir müəssisə ola bilər. Məhz bu hadisələr sayəsində ABŞ XX əsrin ortalarında sənaye dünyasının lideri ola bildi. İndi onlar nəhəng iqtisadi problemlər yaşayırlar, ən böyüyü isə normal şərtlər altında artıq ödəyə bilməyəcəkləri dəhşətli çox trilyon dollarlıq borclarıdır. Ondan ancaq qlobal fəlakətlə xilas ola bilərlər”.

Ekspert hesab edir ki, Üçüncü Dünya Müharibəsi başlasa, ABŞ və Avropa dövlət istiqrazlarına sərmayə qoyan ölkələrə olan bütün borclarını dərhal siləcəklər. 

Ayşən