Azərbaycan "Eurovision 2019" - un II yarımfinalında Ermənistanla yarışacaq - FOTO - VİDEO
    • 2-04-2019, 22:18
    • 1 579

Azərbaycan "Eurovision 2019" - un II yarımfinalında Ermənistanla yarışacaq - FOTO - VİDEO

Bu il İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsinin yarım finallarında iştirakçı ölkələrin çıxış sıralaması bəlli olub. 

News24.az bildirir ki, II yarımfinalda ölkəmizi təmsil edəcək Çingiz Mustafayev 18-ci sırada çıxış edəcək. Bu da o deməkdir ki, Azərbaycan final iştirakçılarının tam bəlli olacağı yarımfinalda bağlanış edəcək.

Qeyd edək ki, bu il Azərbaycanı müsabiqədə Çingiz Mustafayev “Truth” adlı mahnı ilə təmsil edəcək.

Müsabiqənin birinci yarımfinalı mayın 14-ü, ikinci yarımfinalı mayın 16-ı baş tutacaq. Mayın 18-i isə böyük final olacaq.

Ümumilikdə, bu il müsabiqədə 41 ölkə iştirak edəcək.

I və II yarımfinalda qərarlaşan ölkələrin siyahısını təqdim edirik: