Çingiz Mustafayev Tel-Əvivdə - FOTOLAR
    • 9-04-2019, 17:26
    • 1 302

Çingiz Mustafayev Tel-Əvivdə - FOTOLAR

Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayev Tel-Avivə gedib. Ç.Mustafayevin Tel-Avivə səfəri müsabiqədə ölkəmizi və ifaçını təmsil edəcək 30 saniyəlik video-açıqcanın çəkilişi ilə bağlıdır. News24.az-ın məlumatına görə, aprelin 10-na qədər Tel-Əvivdə qalmalı olan Çingiz Mustafayev pərəstişkarları üçün səfəri haqda da videoçarx çəkməyi planlaşdırır. Uzun zamandır İsrailə səfər etməyi arzulayan müğənni gəzib görmək istədiyi yerlərin çox olduğunu, lakin bu haqda hələ danışmaq istəmədiyini bildirib. Video çarxın təqdimatı İctimai Televiziya və müsabiqənin rəsmi saytı Eurovision.tv saytında dərc olunacaq. “Eurovision” təşkilatçılarının tərtib etdiyi bu ilki konsepsiya isə “Arzulamağa qərar ver: rəqs et”-dir. Çingiz Mustafayev də daxil olmaqla çəkilişlər üçün müxtəlif ölkələrin təmsilçiləri İsrailin ruhi və mədəni rəngarəngliyini biruzə verən, təkrarolunmaz məkanlara gəlir və mütləq rəqs edirlər. 

Ç.Mustafayevin çəkilişlər üçün seçdiyi məkan İsrail və Azərbaycan birliyi ilə yanaşı yarışma və iştirakçıların birliyini də nümayiş etdirəcək:
“İsralə getməli idim. Bu mənim üçün vacib səfər idi. Ümid edirəm ki, görmək istədiyim bütün məkanları ziyarət edə biləcəyəm. Təəssuratlarım ilə isə mütləq eksklüziv video bloqumda sizinlə paylaşacağam”.

Qeyd edək ki, Çingiz Mustafayev Tel-Əvivdə baş tutacaq “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı “Truth” mahnısı ilə təmsil edəcək. O, II yarımfinalda 18 may tarixində 18-ci nömrə altında çıxış edəcək.

Teymur MƏMMƏDOV