Xankəndi ilə bağlı MÜHÜM YENİLİK
    • 14-11-2023, 15:35
    • 334

Xankəndi ilə bağlı MÜHÜM YENİLİK

Xankəndi ölkə çempionatında təmsil olunacaq.

News24.az xəbər verir ki, bu haqda Sportinfo.az-a AFFA-dan məlumat verilib.

Federasiyadan redaksiyamıza bildirilib ki, rəhbərlik 1 aydan çoxdur məsələni öz gündəminə alıb. Hazırda müxtəlif variantlar müzakirə olunur.

Onlardan biri bu şəhərdə yeni klubun yaradılmasıdır. Belə olarsa, həmin komandanın mübarizəyə birbaşa II Liqadan başlaması təmin ediləcək.

İkinci variant Premyer Liqada yarəşan klublardan birini ora köçürməkdir.

Bu planı həyata keçirməkdə problem yaransa, AFFA aşağı liqa təmsilçilərindən birini Xankəndinə istiqamətləndirəcək.