Türk kəşfiyyatçıları daha bir PKK liderini MƏHV ETDİ
    • 14-11-2023, 17:36
    • 284

Türk kəşfiyyatçıları daha bir PKK liderini MƏHV ETDİ

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalındakı Qəndil və Hakurk bölgələrində aşkarlanan 10 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

News24.az "TRT Haber"ə istinadla xəbər verir ki,  nazirlik antiterror əməliyyatlarının bundan sonra da davam edəcəyi ilə bağlı mesaj verib.

“İraqın şimalındakı Qəndil və Hakurk bölgələrində aşkarlanan 10 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. “Terrorçu haradadırsa, hədəfimiz də oradadır” şüarı ilə terror yuvalarını məhv etməyə davam edəcəyik”.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) da Süleymaniyyədə PKK/KCK terror təşkilatının Kərkük vilayəti üzrə “məsul şəxs”i Rəmzi Avcını zərərsizləşdirib. “Qırmızı kateqoriya”da axtarılan terrorçu Diyarbəkirdə həyata keçirilən qanlı aktlara görə məsuliyyət daşıyırdı.

Çiya Amed kod adı Remzi Avcı kimdir?

O, 1992-ci ildə qruplaşmaya qatılıb.

R.Avcı 2014-cü ildə DEAŞ-la mübarizədə Türkiyəyə qarşı fəaliyyətləri koordinasiya etmək və təhlükəsizlik qüvvələrinə qarşı hərəkətləri planlaşdırmaq və həyata keçirmək məqsədilə Suriya/Ayn Əl Ərəbdə fəaliyyət göstərib.

2019-2022-ci illər arasında Garedə fəaliyyət göstərən R.Avcı xüsusilə şəhərlərdə bombalı hücumlar həyata keçirmək üçün təlim keçən PKK-lılara təlim keçib, hərəkət planları hazırlayıb.

R.Avcı 2022-ci ildə qısa müddət ərzində İraq/Sincarda hərbi sahə məsuliyyətini öz üzərinə götürdü və nəhayət, 2022-ci ilin ikinci yarısından etibarən PKK idarəçiləri tərəfindən Kərkük vilayətinin məsuliyyətinə təyin edildi.

Ayşən