Deniz Seki azərbaycanlı müğənnini məhkəməyə verdi - SƏBƏB - FOTO
    • 13-02-2019, 11:15
    • 1 506

Deniz Seki azərbaycanlı müğənnini məhkəməyə verdi - SƏBƏB - FOTO

Türkiyəli məşhur müğənni Deniz Seki azərbaycanlı həmkarı Səidə Dadaşovanı məkməyə verib.

News24.az xəbər verir ki, buna səbəb isə S.Dadaşovanın Deniz Sekinin "Hayat 2 bilet" mahnısını icazəsiz oxuması olub. 

Araşdırma aparan istintaq Şöbəsi Səidə Dadaşovanın sözügedən mahnını ARB kanalında ifa etdiyini təsdiqləyib. Prokurorluq Dəniz Sekinin məhkəməyə müraciət etməli olduğunu, amma burada hər hansı bir cinayətin olmadığını bildirib. Buna görə də istintaq işinə xitam verilib.

Teymur MƏMMƏDOV