-
- 15-11-2023, 10:56
- 197
Bayden Trampın sözlərini nasist adlandırıb
ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın bəyanatlarını nasist Almaniyası liderlərinin çıxışları ilə müqayisə edib.
News24.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Baydenin sözlərinə görə, Tramp Almaniyanın 1930-cu illərdə danışdığı dildən istifadə edir.
Tramp daha əvvəl “Amerikada qan zəhərlənib” demişdi. Prezident bir daha qeyd etdi ki, bunlar faşist Almaniyasında işlədilən ifadələrin əks-sədasıdır.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.
Aynurə