"Bayden idarə olunur" -Tramp
    • 16-08-2023, 09:45
    • 155

"Bayden idarə olunur" -Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Amerikanın hazırkı lideri Co Bayden Ukrayna və bir sıra digər ölkələr tərəfindən idarə olunur və ondan milyonlarla dollar alıb.

News24.az
"gazeta.ru"-ya istinadla  xəbər verir ki,  Trampın sözlərinə görə,Amerikanın hazırkı prezidentinin ailəsi müxtəlif ölkələrdən 20 milyon dollardan çox pul alıb və hazırda Bayden şantaj edilir.

“Co Bayden tamamilə Çin, Ukrayna və bir sıra digər ölkələr tərəfindən idarə olunur. Onun və bütün səhvləri haqqında hər şeyi bilirlər”- deyə bildirib.
Trampın sözlərinə görə, Bayden ABŞ-ı cəhənnəmə aparacaq.

Aydan