-
- 15-11-2023, 12:15
- 159
Azərbaycan Kahramanmaraşda tikinti işləri aparacaq - Saziş TƏSDİQLƏNDİ
Milli Məclisin bu gün keçirilən iclasında Türkiyə ilə yeni saziş müzakirəyə çıxarılıb.
News24.az bildirir ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib.
Sazişə əsasən, Azərbaycanın 100 milyon manat sərf edərək binaların, məktəblərin, uşaq baxçalarının və digər infrastrukturun tikilməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.