Ruslan Tarkil vəfat etdi
    • 15-11-2023, 12:36
    • 208

Ruslan Tarkil vəfat etdi

Abxaziyalı ağır atletika ulduzu Ruslan Tarkil 74 yaşında vəfat edib. 

News24.az xəbər verir ki, bu barədə Abxaziya Respublikasının Gənclər və İdman üzrə Dövlət Komitəsi məlumat yayıb.

O, məşhur ağırlıqqaldıran Sovet İttifaqı çempionu, 90 kq-a qədər çəki dərəcəsində ölkə və dünya rekordçusu olub.

Ruslan Tarkil 5 may 1950-ci ildə Abxaziyanın Qudauta rayonunun Duripş kəndində anadan olub, 1972-ci ildə Suxumi Dövlət Pedaqoji İnstitutunun bədən tərbiyəsi fakültəsini bitirib. Onun idman karyerasının zirvəsi SSRİ çempionu adını qazanmaqla yanaşı, yeniyetmə yaşlarında dünya və ölkə rekordları vurması idi.

Aynurə