-
- Bu gün, 12:43
- 111
Pakistanda küçələr döyüş meydanına çevrildi
Ötən ilin avqustundan həbsdə olan keçmiş baş nazir İmran Xanın çağırışı ilə Pakistanda təşkil olunan nümayişlərin sayı artıb.
News24.az xəbər verir ki, Xanın sərbəst buraxılmasını tələb edən etirazçıların qadağaya baxmayaraq paytaxt İslamabadda küçələrə çıxmasından sonra polislə toqquşmalarda həyatını itirənlərin sayı 6-sı təhlükəsizlik qüvvələri olmaqla 14-ə yüksəlib.
Şiddətli toqquşmalar Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) yüksək vəzifəli şəxslərinin və tərəfdarlarının küçələrdən geri çəkilməsi ilə başa çatıb.
“Biz hökumətin vəhşiliyi və paytaxtı silahsız mülki əhali üçün “qəssabxana”ya çevirmək planlarına görə dinc aksiyalarımızı müvəqqəti dayandırdığımızı bildiririk”, - partiyanın bəyanatında deyilir.
Etirazlarda yüzlərlə insanın saxlanıldığı bildirilir.
Günel Məlikzadə