Qarabağ Azərbaycanındır - İran səfiri
    • 15-11-2023, 13:30
    • 140

Qarabağ Azərbaycanındır - İran səfiri

İranın prinsipial mövqeyi daima belə olub ki, Qarabağ Azərbaycanındır. 

News24.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkə hesabında bildirib. 

Diplomatın sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb. 

“Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi və qanunları ilə məna tapır”, - səfir qeyd edib.

Aynurə