İran TƏSDİQLƏDİ:
    • 11-09-2023, 13:25
    • 370

İran TƏSDİQLƏDİ: "Qarabağ AZƏRBAYCANINDIR"

İran Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

News24.az  "khabaronline.ir"-ə istinadla  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.

“İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimdən gizli deyil. Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”, - Kənani qeyd edib.

Aydan