DƏHŞƏT! Məmurları daşıyan avtobus qəzaya UĞRADI
    • 15-11-2023, 21:19
    • 521

DƏHŞƏT! Məmurları daşıyan avtobus qəzaya UĞRADI

Rusiyada Rostov vilayəti administrasiyasının əməkdaşlarını daşıyan mikroavtobus Taqanroq -Beqlitsa magistral yolunda qəzaya uğrayıb. 

News24.az xəbər verir ki, bu barədə Don Mash Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, bütün zərərçəkənlər Taqanroq təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

Rayon Dövlət Yol Müfəttişliyindən bildirilib ki, “Ford Tranzit” markalı avtomobili idarə edən 1964-cü il təvəllüdlü sürücü, ilkin məlumata görə, “sola dönmək qadağandır” yol nişanının tələblərinə əməl etməyib və nəticədə “Lada Vesta” markalı avtomobillə toqquşub. 

Aynurə