Yeganə: “Həkim üzümə dedi ki, xərçəngsən” - VİDEO
    • 15-11-2023, 15:58
    • 146

Yeganə: “Həkim üzümə dedi ki, xərçəngsən” - VİDEO

Pis həkimə rast gəldim. Üzümə dedi ki, xərçəngsən. Bunu mənə yox, yanımda əzizlərim var idi, onlara deyə bilərdi. Oradan çıxdım, dedim Allah verən dərddir. Görüm nə olacaq". 

News24.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Yeganə Mürsəlova qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib. 

Sənətçi bildirib ki, həkim ona səhvən xərçəng diaqnozu qoyub: 

"Oğlum balaca idi. Hər gün güzgüyə baxırdım. Xərçəng xəstələrində saç, qaş tökülür. Əlimi atırdım saçıma ki, görüm tökülür? Pis həkimin üzü qara olsun. Sonra heç kimyaterapiya da almadım. Ancaq özümü ölümə hazırlayırdım". 

Qeyd edək ki, Yeganə Mürsəlova Fateh adlı Türkiyə vətəndaşı ilə ailəli olub. Daha sonra cütlük boşanıb. Onların Ömər adlı oğlu var.