-
- 29-06-2020, 17:38
- 968
"Xanım həkim mənə dedi ki, utanmırsız məni göstərirsiz?" - RAFAEL İSGƏNDƏROV
"Sürücülük vəsiqəsi almaq üçün poliklinikaya getmişdim. Bizim də belə bir səhnəciyimiz olmuşdu: Bir qadın sürücülük vəsiqəsi almaq üçün həkimlərə rüşvət verir və tibbi arayışı alır. Göstərdiyimiz bütün obrazlar da kişilərdir. Getdim həmin poliklinikaya. Orada xanım həkim dəhlizə çıxıb abrımı ətəyimə bükdü. Mənə nələr demədi..."Utanmırsınız, məni göstərmisiniz? Bütün Bakı mənə zəng vurdu ki, sizi göstərirlər. Mən sizi sevirdim, daha nifrət edirəm", - deyə məni danladı. Axırda hay-küyə baş həkim çıxıb məni öz otağına apardı".
News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov "Ağ Qara" verilişində deyib. Aktyor çox səbrli olduğunu xüsusi vurğulayıb: "18 yaşımda olarkən avtobusda yol gedirdim, yanımda da qonşumuzun qızı əyləşmişdi. Bir də gördüm ki, ona kimsə sataşır. İstədim yaxınlaşım o oğlanı vurum, amma etmədim. O zamanlar idmanla da məşğul idim. Heç nə eləmədən içimdə allahdan səbr dilədim. Düşəndə oğlan əlimi çiyninə qoyaraq "Qurban olum qaqaş, məni bağışla" dedi".
Sevda Bayramova