-
- 3-04-2019, 12:00
- 1 433
Müğənni rəfiqələrini ad gününə çağırdığı üçün 850 AZN cərimələndi
Düşənbədə estrada müğənnisi Firuzə Hafizova cərimələnib.
News24.az xəbər verir ki, buna səbəb müğənninin "Tacikistan Respublikasının ənənələri və ayinləri qeyd etmə" qanununu pozması olub. Məsələ burasındadır ki, F. Hafizova ad gününə rəfiqələrini və yaxın dostlarını çağırıb. Bu da Tacikistan qanunlarına ziddir. Qanuna əsasən ad günü məclisində ancaq səbəbkarın ailə üzvləri iştirak edə bilər.
Ad günü "qara" gələn Firuzə Hafizova 5000 somoni (850 AZN) cərimə ödəyəcək.