İtkin düşən qadının meyiti tapıldı
    • 15-11-2023, 19:10
    • 246

İtkin düşən qadının meyiti tapıldı

Türkiyədə itkin düşən yaşlı qadının meyiti tapılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Muğla şəhərinin Seydikemer qəsəbəsində baş verib. Alzheymer xəstəsi olan 80 yaşlı Melahet Akarın itkin düşməsi barədə polisə müraciət edilib.

Aparılan axtarışlar nəticəsində onun meyiti evindən 3 km məsafədə zeytunluq ərazidə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun ürəktutmadan öldüyü ehtimal edilir.

Araşdırma aparılır.