İtkin düşən 54 yaşlı kişinin meyiti TAPILDI
    • 3-05-2023, 12:32
    • 237

İtkin düşən 54 yaşlı kişinin meyiti TAPILDI

Astara rayonunda iki gün əvvəl itkin düşən 54 yaşlı kişinin meyiti tapılıb.

News24.az xəbər verir ki,  Astara rayonunun Dirya kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizovun meyitinin bu gün rayon ərazisində aşkarlandığı bildirilir.

Onun hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı araşdırma aparılır.