Bakıda daş karxanasında meyit tapıldı
    • 27-02-2023, 13:06
    • 233

Bakıda daş karxanasında meyit tapıldı

Bakıda itkin düşmüş şəxsin meyiti tapılıb.

News24.az-ın əldə  etdiyi məlumata görə, hadisə Qaradağ rayonu Korgöz qəsəbəsində baş verib. Fevralın 22-də itkin düşən Lökbatan qəsəbə sakini Zülfüqar Hacıyevin meyiti Korgözdəki daş karxanasında tapılıb. Onun hansı səbəbdən ölməsi məlum deyil.

Meyitə baxış keçirilib və üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV