-
- 16-11-2023, 07:56
- 242
“İnsanları zəlzələ deyil, binalar öldürür”
"İnsanları zəlzələ deyil, binalar öldürür. Biz ona görə Yaponiya nümunəsindən istifadə etməliyik".
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Malatya şəhərində zəlzələ təhsili verən yapon alimi Yoşinori Morişaki deyib.
Onun sözlərinə görə, Türkiyə Yaponiya kimi seysmik zona olsa da, iki ölkə arasındakı fərqlər birincini digərindən daha təhlükəli edir:
"5,5 bal gücündə mülayim zəlzələlər daha çox Çində baş verir. Yaponiya 4-cü, Türkiyə isə 6-cı yerdədir. Kvadrat metrə görə Yaponiya 6-cı, Türkiyə isə 17-ci yerdədir. Tarixin ən böyük zəlzələlərinə baxdığımızda, Türkiyədə 1939-cu ildə Ərzincanda baş verən zəlzələ 7,9 bal gücündə olduğu halda, Yaponiyada 2011-ci ildə Thoku zəlzələsi 9 bal gücündə idi. Lakin zəlzələdə can itkisini nəzərə alsaq, Türkiyə 3-cü yerdədir. Buna artıq zəlzələ demək olmaz, çünki burada memarlıq, inşaat, tikinti problemi var. Binalar insanları öldürür. Türkiyədə Yaponiyadakı kimi zəlzələlər olur, amma Türkiyədə çoxlu insan itkisi var. Bunu memar və mühəndis dostlarla düzəltməliyik, düzəldə bilərik".
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Baş verən zəlzələlərdən sonra binalarla bağlı aparılan araşdırmalarda 247 şübhəli şəxs saxlanılıb. Bildirilib ki, saxlanılanlar arasında 93 podratçı, 123 bina nəzarətçisi, 13 bina sahibi və 18 bina sakini olub.