-
- 16-11-2023, 10:36
- 261
Bu müqaviləni imzalamasanız, qışda soyuqdan donacaqsınız - XƏBƏRDARLIQ - VİDEO
Müqavilə bağlamayan sakinlərin istilik təminatı kəsilə bilər.
News24.az xəbər verir ki, "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallının sözlərinə görə bu gündən ölkədə istilik təchizatina başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən enerji təchizatçı müəssisəsi ilə əhali istehlakçı qrupu arasında müqavilələr imzlanmalıdır. Artıq prosesə 3 həftədir ki start verilib.
Bəs müqavilə imzalanmadığı təqdirdə istiliyin verilməsində nə kimi problemlər yarana bilər?
Azəristiliktəchizat ASC-nin balansında olan bütün qazanxanalar, istilik məntəqələri günün sonunadək işə salınacaq. Bu mövsümdə ölkə üzrə 3863 yaşayiş binasi və 184 minə yaxin mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur. Həmçinin 285 orta məktəb, 127 uşaq bağçasi, 151 səhiyyə müəssisəsi və 2500-ə yaxin sosial və təsərrüfat hesabli obyektlər də istiliklə təmin olunacaq.
Bu arada Şuşa şəhərində də 7 qazanxana fəaliyyətə başlayıb ki, təqribən 20-ə yaxın bina istiliklə tam olaraq təmin edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: