İmişlidə oğurluq edən şəxs saxlanıldı - FOTO
    • 16-11-2023, 11:12
    • 100

İmişlidə oğurluq edən şəxs saxlanıldı - FOTO

İmişlidə avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən News24.az-a məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisində yerləşən avtomobil ehtiyat hissələri satılan mağazalarının birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ağası Rəsulov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs qeyd edilən mağazaya qanunsuz daxil olduğunu və orada 2000 manat pul oğurladığını etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, A.Rəsulov barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.