-
- 16-11-2023, 21:51
- 324
"Zenit"in keçmiş futbolçusu yüksək vəzifəyə TƏYİN OLUNA BİLƏR
"Zenit"in keçmiş yarımmüdafiəçisi Migel Danni Portuqaliya "Maritimo"nun idman direktoru vəzifəsini tuta bilər.
News24.az xəbər verir ki, bunu klub prezidentliyinə namizəd Karlos Andre Qomes deyib.
Qomez söz verib ki, seçkidə qalib gəlsə, Dennini idman direktoru edəcək.
“Elan edə bilərəm ki, Denni bizim idman direktorumuz olacaq. Biz onun səriştəsinə güvənirik”, - Qomez deyib.
Qeyd edək ki, Maritimo hazırda Portuqaliya çempionatının ikinci ən vacib divizionunda (İkinci Liqa) çıxış edir və turnir cədvəlində 4-cü yeri tutur.
Aynurə