-
- 22-09-2023, 18:52
- 414
İsveçli mütəxəssisə yüksək VƏZİFƏ VERİLDİ
Avropanın təcrübəli, tanınmış futbol funksionerlərindən biri, İsveç milli komandasının idman direktoru Yens Andersson “Neftçi” ilə müqavilə bağlayıb.
News24.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb. Andersson “Neftçi”də idman direktoru vəzifəsinə təyin olunub.
50 yaşlı mütəxəssis buna qədər ölkəsinin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) kimi klublarında idman direktoru olaraq çalışıb. Təcrübəli mütəxəssis 2022-ci ildən İsveç millisində idman direktoru kimi fəaliyyət göstərib.
Qeyd edilib ki, klubda aparılan islahatlar davam edir və yeni, köklü dəyişiklər gözlənilir.
Hazırda idman direktoru vəzifəsində çalışan Zaur Əzizov klubda qalır və yeni idman direktoru ilə bərabər klubun inkişafı üçün çalışmağa davam edəcək.
Yens Andersson müqavilənin imzalanması üçün Bakıya gəlib. Mütəxəssis işə dörd həftə sonra - İsveçdə - Federasiyadakı sənədləşmə işlərini yekunlaşdırdıqdan sonra başlayacaq.