Bağçada müəllim uşağın saçını yoldu - ANBAAN VİDEO
    • 17-11-2023, 11:24
    • 644

Bağçada müəllim uşağın saçını yoldu - ANBAAN VİDEO

Rusiyada uşaq bağçasının müəllimi iki yaşlı qızın saçını yolub.

News24.az xəbər verir ki, bu barədə “Krasnoyarsk xəbərləri” Teleqaram kanalı məlumat yayıb.

Kadrlarda müəllim qarasaçlı qızın saçından tutub zorla öz tərəfinə çəkdiyi görünür. 

Uşağın anasının sözlərinə görə, hadisə noyabrın 10-da Lineinaya küçəsində yerləşən uşaq bağçasında baş verib. 

“Müəllim noutbukunda oturmuşdu, uşaqlara baxmırdı və heç nə ilə məşğul deyildi. Qəfildən qızımın saçından tutur. O, çox güman ki, pəncərədən kənarda kimisə görüb qəfil buraxıb”, –  deyə uşağın anası bildirib.

Qızın anası müəllimdən onun hərəkətlərini izah etməsini istəyib. Müəllim bildirib ki, uşaq oyuncaqları səpələyir və onları təmizləməkdən yorulub.

Aynurə