-
- 15-11-2023, 00:15
- 645
Həkimlər ƏMƏLİYYAT ETDİ: Məktəbli qızın qarnından...
Moskvanın Speranski adına Uşaq Klinik Xəstəxanasında səkkiz yaşlı məktəbli qızın bağırsaqlarından qolf topları boyda iki top saç çıxarılıb.
News24.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Səkkiz yaşlı məktəbli şiddətli qarın ağrısı və qusma şikayətləri ilə 9 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı həkimlər uşağın bağırsağında iki yad cisim aşkar edib və əməliyyat olunmasına qərar verilib.
Həkimlər kiçik kəsiklər vasitəsilə məktəbli qızın bağırsağından iki tük yığını çıxarıblar. O, hazırda uşaq cərrahı, qastroenteroloq və nevroloqun nəzarəti altında ambulator müalicəyə buraxılıb.
Aynurə