-
- 17-11-2023, 12:09
- 158
"Şübhəm yoxdur Putin qalib gələcək" - Peskov
“Putin namizədliyini irəli sürmək niyyətini hələ açıqlamayıb. Amma mən ürəkdən inanmaq istəyirəm ki, o bunu edəcək. Onun seçkilərdə qalib gələcəyinə şübhəm yoxdur, onun bundan sonra da prezidentimiz olacağına şübhəm yoxdur. Sonra baxarıq”.
News24.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml sözçüsünün sözlərinə görə, növbəti dövlət başçısının Putinin əldə etdiyi hər şeyi öz postunda saxlaya biləcəyini söyləmək çətindir.
O qeyd edib ki, Rusiyanın növbəti prezidenti Vladimir Putinlə “eyni” olmalıdır.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçirilməlidir. Federasiya Şurası 2023-cü ilin dekabrında seçkilərin tarixi ilə bağlı rəsmi qərar qəbul edəcək, bundan sonra siyasi partiyalar seçkiqabağı qurultaylarını keçirməli və namizədlərini rəsmən irəli sürməlidirlər. Putinin yeni prezidentlik müddətinə namizədliyini irəli sürmək hüququ var, lakin bu məsələ ilə bağlı qərarı barədə hələlik danışmayıb.
Ayşən