Bank kartlarından oğurluq edən şəxs saxlanıldı - FOTO
    • 17-11-2023, 12:59
    • 166

Bank kartlarından oğurluq edən şəxs saxlanıldı - FOTO

Respublika ərazisində vətəndaşlara məxsus bank kartlarından dələduzluq yolu ilə pul oğurlayan şəxs Qubada saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Asif Səmədov saxlanılıb.

O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə digər şəxslərə məxsus bank kartlarının üzərində olan kodları müxtəlif yollarla əldə edərək uzun müddət ərzində Bakı şəhərində və respublikanın bir neçə rayonunda vətəndaşların pullarını mənimsəyib.

Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Qeyd edək ki, A.Səmədov əvvəllər də analoji əməllər törətdiyinə görə məsuliyyətə cəlb edilib.