Qubada mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO
    • 25-02-2020, 11:52
    • 608

Qubada mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə altı il həbs olunmuş Aydın Məhərrəmov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan News24.az-a  verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayəti etiraf edərək, dəfələrlə mağazalardan oğurluqlar etdiyini bildirib. 

Saxlanılan şəxs məsuliyyətə cəlb olunub. Onun digər cinayət hadisələrinin iştirakçısı olub-olmaması araşdırılır.