-
- 17-11-2023, 16:49
- 173
Xaos, parçalanma, çevriliş: Zelenski xəbərdarlıq etdi
“Ukraynada respublika başçısını vəzifəsindən uzaqlaşdırmaq məqsədi ilə dövlət çevrilişi baş verə bilər”.
News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
O hesab edir ki, Rusiyanın da oxşar planları var: “ Moskva Ukrayna cəmiyyətində parçalanma toxumu səpmək, ölkə daxilində real xaos yaratmaq və son nəticədə prezidentini vəzifəsindən uzaqlaşdırmaq istəyir”.
O, Kiyevdə yeni “Maydan”ın hazırlanmasının təfərrüatlarını açıqlayıb.
“Söhbət “Maydan-3” əməliyyatından gedir. Bu ad 2004 və 2014-cü illərdə kütləvi etirazların və mitinqlərin mərkəzi olan Kiyevin mərkəzi meydanına bir növ istinad ola bilər. Biz bu cür məlumatları kəşfiyyatımızdan və tərəfdaşlarımızdan alırıq.
Qeyd edək ki, bundan öncə Qərb Ukraynada mümkün çevrilişdən də danışıb.
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin üzvü Larri Conson Zelenskinin hərəkətlərinin artıq Ukraynada hərbi çevrilişə təkan verə biləcəyi barədə fikir bildirib.
O qeyd edib ki, Ukrayna lideri ordudakı generalları və yüksək rütbəli hərbçiləri işdən çıxarmağa başlayıb.
Ayşən